Venesueladakı həbsxanaların birində axtarış aparılmasına qarşı çıxan məhkumların başladıqları üsyanda 61 nəfər ölüb, 120 nəfər isə yaralanıb. SİA-nın verdiyi məlumata görə, Barquisimetodakı Mərkəzi Xəstəxananın baş həkimi Ruy Medina Uribana həbsxanasındakı üsyanda həyatını itirənlərin sayının 61-ə çatdığını, 120 nəfərin isə yaralandığını deyib. Venesuellanın ədliyyə naziri İris Varela ötən gün verdiyi açıqlamada bildirib ki, üsyan həbsxanada axtarışa qarşı olan məhbuslar tərəfindən qaldırılıb. Onlar həbsxana nəzarətçilərinə hücum ediblər.
Varela bu gün verdiyi açıqlamada isə həbsxanada yoxlama təmin edilənə qədər ölənlərin sayı barəsində heç bir rəsmi məlumat verməyəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB