1 avroya görə tətillər başlayıb

1 avroya görə tətillər başlayıb

Almaniyada 200-dən artıq aviareys təxirə salınıb. Səbəb kimi isə Düsseldorf, Köln və Bonn hava limanlarında təhlükəsizlik xidməti işçilərinin tətil elan etməsi göstərilib. SİA-nın xəbərinə görə, tətil elan edənlər işlədikləri hər saata görə 14,5 avro əmək haqqı almaq istəyirlər. Lakin rəhbərlik onlara 13,5 avro verməkdə təkid edir. Ölkədə yayılan məlumata görə, gələn həftə tətilin yeni dalğası olacaq. Belə ki, başlayan tətilə Hamburq hava limanının, vağzalların və Ahausdakı radioaktiv maddələrinin müvəqqəti sığınacağının işçiləri də qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə