Batareyalar Rəcai Engin Qışlasına yerləşdirilib
Adanada "Patriot"lar quruldu

Türkiyənin NATO-dan tələb etdiyi "Patriot" hava-müdafiə sisteminin batareyaları Adanadakı Rəcai Engin Qışlasına yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hollandiyadan gəmiylə İsgəndəruna gətirilən sistemin bəzi hissələrinin İncirlik bazasına, bəzilərinin isə Adanadakı Seyhan Qəsəbə Jandarma Komandanlığı kimi istifadə olunan qışlaya gətirildiyi bildirilib.

Sistemə aid raket batareyalarının qışla içərisndə qurulduğu bildirilib. Qışlanın ətrafında ciddi təhlükəsizlik tədbirlri görülüb. Sabah qışlada "Patriot"larla bağlı mətbuatın məlumatlandırılacağı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə