Misirdə prezident Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnmiş inqilabın ikinci ildönümü günü yenə polislə aksiyaçılar toqquşublar
Daxili İşlər Nazirliyi yanvarın 25-də paytaxt və başqa şəhərlərdə baş verən toqquşmalarda 100-ə yaxın aksiyaçı və polisin yaralandığını bildirir. İnqilabın ildönümü üçün minlərlə adam bu gün paytaxt Qahirədə Tahrir Meydanına toplaşıb. Azadlıq.info bildirir ki, paytaxtın müxtəlif yerlərində prezident Muhammad Morsinin tərəfdarları ilə müxalifət fəalları arasında toqquşmalar baş verib.
Müxalifət liderlərindən olan Məhəmməd Əl Baradei misirliləri inqilabı başa çatdırmağa çağırıb. Misir müxalifəti indiki prezidenti konstitusiyanı dəyişib ölkədə islam diktaturası qurmaqda ittiham edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB