İranda 4,7 bal gücündə zəlzələ olub

İranda 4,7 bal gücündə zəlzələ olub

Bu gün yerli vaxtla saat 15.41-də İranın Caharməhəllə və Bəxtiyari vilayətində Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ baş verib. Bu, son iki gündə vilayətdə qeydə alınmış yeddinci güclü yeraltı təkandır.

Rəsmi məlumata görə, zəlzələnin episentrinə yaxın ərazilərdəki köhnə tikililərə ziyan dəyib.

Yeraltı təkanların tez-tez təkrar olunması əhalini təşvişinə səbəb olub.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə