"Arcelor Mittal" metallurgiya şirkəti Belçikanın Lyej şəhərindəki zavodunda 1300 işçini ixtisar etməsini bəyan edib. Buna etiraz olaraq zavod işçiləri etiraz aksiyalarına başlayıblar. Vəziyyətin gərginliyini nəzərə alan ölkənin Baş naziri Elio Di Rupo Çiliyə nəzərdə tutduğu səfərini təxirə salıb.
Bundan əlavə, həmkarlar ittifaqı işçiləri gələn həftənin bazar ertəsinə qədər tətil etməyə çağırıb. Şirkət işçilərinin gələn həftə keçiriləcək toplantısında məsələ ilə bağlı əlavə tədbirlərin görüləcəyi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB