Kerri təsdiqləndi, ermənilər sevinir

Kerri təsdiqləndi, ermənilər sevinir

Senatorlar Kerrinin dövlət katibi postuna təyinatını dəstəkləyib

Yanvarın 24-də senatda keçən dinləmələr zamanı Senatın xarici əlaqələr komitəsinin sədri Con Kerrinin dövlət katibi postuna təyinatı müsbət qarşılanıb. Dörd saat ərzində parlamentarilərin suallarını cavablandıran Kerri, Obama administrasiyasının yürütdüyü siyasətə zidd getməyəcəyini və sələfi Hillari Klintonun yolunda irəliləyəcəyini açıqlayıb. Dinləmələrdən sonra senator Robert Korker Kerrinin yaxın günlərdə dövlət katibi postuna təsdiqlənəcəyini deyib.

Xatırladaq ki, dekabrın 21-də prezident Obama Con Kerrinin bu posta namizədliyini irəli sürüb.

Dövlət katibi postunun yenilənməsinə rəğmən ABŞ-ın xarici siyasət kursunun dəyişməyəcəyi yəqindir. Kerrinin İran, Suriya və Əfqanıstanla bağlı mövqeyi hər zaman administrasiyanın mövqeyi ilə üst-üstə düşüb. Kerri rusiyapərəst olmasa da Amerika-Rusiya münasibətlərinin yenilənməsində önəmli rol oynayıb.

Amerika Ermənilərinin Milli Komitəsi Kerrinin namizədliyini və bu posta təsdiqlənməsi xəbərini böyük sevinclə qarşılayıb. Ermənilərin sevinci heç də təsadüfi deyil, belə ki, Con Kerri Konqresin qondarma erməni soyqırımını təsdiqlənməsi prossesində aktiv iştirak edib, erməni soyqırımını etiraf etməyən Türkiyənin qınanması ilə bağlı hazırlanan bir çox qətnamənin təşəbbüskarlarından biri olub. Xarici əlaqələr üzrə komitetin rəhbəri kimi Kerri, Frensis Rikardonenin "erməni soyqırımı" ilə bağlı mövqeyindən dolayı Türkiyəyə səfir təyin edilməsinə mane olub.

1990-cı illərin əvvəllərində isə senator Kerri Azərbaycana maliyyə yardımına məhdudiyyət qoyan 907-ci düzəlişin qəbulunda fəal iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə