İspaniyada işsizlik rekord səviyyəyə çatıb

İspaniyada işsizlik rekord səviyyəyə çatıb

Ispaniya hökumətinin verdiyi açıqlamaya əsasən, ölkə tarixində ilk dəfə olaraq, əhalinin böyük əksəriyyəti işsizlikdən əziyyət çəkir. SİA xəbər verir ki, rəsmi göstəricilərə görə, 2012-ci ilin sonuncu rübündı işsizlik səviyyəsi 26,02 faiz təşkil edib ki, bu da 16-24 yaş arasındakı əhalinin 55 faizində çoxuna bərabərdir.

İspaniya Milli Statistika İnstitutundan verilən açıqlamaya görə, sonuncu rübdə işsizlərin sayında əlavə 5970 nəfər artım müşahidə olunub.

Qeyd edək ki, 2007-ci ildə dünyanı cənginə alan iqtisadi böhrandan öncə İspaniyada 1,9 milyon – 8,6 faiz işsiz vardı. Lakin hazırda bu rəqəm 5,2 milyon nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə