"Türk Hava Yolları" na məxsus sərnişin təyyarəsini ildırım vurub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, İzmir-İstanbul reysi üzrə 114 sərnişini daşıyan təyyarəni ildırım vurması nəticəsində avialaynerin mühərriklərindən birində nasazlıq yaranıb.
Təyyarə İzmirin Adnan Menderes Hava Limanında məcburi eniş edib.
Qeyd edək ki, hadisə nəticəsində zərər çəkən yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB