İngiltərənin baş naziri David Cameron Davosda keçirilən Dünya İqtisadiyyat Forumunda çıxışı zamanı deyib ki, Avropa ölkələrini ortaq bir mövqedə dayanmaları üçün məcbur etmək böyük bir səhvdir: "Əgər məcburi şəkildə ölkələr hər hansısa bir siyasi birliyə sövq edilərsə İngiltərə buna qəti şəkildə etiraz edəcək".
Baş nazir bildirib ki, avropalı siyasətçilər, xüsusilə avrodan istifadə edən 17 ölkənin siyasətçisi daha yaxın əlaqələrə ehtiyac olduğu fikirindədir: "Bəziləri Avropanın Amerika Birləşmiş Dövlətlərinə bənzər bir quruluşa çevrilməsinin vacibliyini vurğulayır. Lakin İngiltərə bununla heç vaxt razılaşmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB