Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı dünya ictimaiyyətinin diqqətini Suriyada davam edən qətliyamlara yönəltməyə çalışıb. SİA-nın Anadolu ajansına istinadən verdiyi məlumata görə, Davudoğlu bildirib ki, beynəlxalq cəmiyyət Suriya rejiminin xalqa qarşı zülmünə laqeyd qalmamalı və rejimə sərt ismarıc verməlidir.
"Suriya rejiminin törətdikləri, şəhərlərin qırıcılarla bombardman olunması müharibə cinayətidir. Biz, əsasən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və beynəlxalq aktyorlardan məsələ ilə bağlı sərt mövqe sərgiləməsini gözləyirik. Dünya ictimaiyyəti Suriyaya aydın ismarıc göndərməlidir. Qətliyamlar qeyd-şərtsiz dayandırılmalıdır. Təhlükəsizlik Şurasının bu məsələyə laqeyd yanaşması, sanki Suriyada baş verənlərin haqq olması təəssüratını yaradır. Təhlükəsizlik Şurasından Suriyada insanlara humanitar yardım edilməsi üçün dəstək verməsini tələb edirik. Suriyada təkcə bombardman deyil, eyni zamanda, dünya ictimaiyyətinin səssizliyi insanların həyatı bahasına başa gəlir", - deyə Davudoğlu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB