Monika Belluci də Fransanı tərk edir

Monika Belluci də Fransanı tərk edir

Cütlük bunun səbəbinin Fransada və İtaliyadakı "vergidən qaçış" olduğunu deyib

İtaliyanın məşhur aktrisası Monika Belluci və həyat yoldaşı, fransalı aktyor Vinsent Kassel "Vogue Brasil" jurnalına açıqlamalarında Parisi tərk edəcəklərini bildiriblər.Cütlük bunun səbəbinin Fransada və İtaliyadakı "vergidən qaçış" olduğunu deyib. Onlar Braziliyanın Rio de Janero şəhərinə köçəcəklərini bildiriblər. Monika Belluci ilk dəfə 18 yaşında getdiyi Braziliyanı çox bəyəndiyini və qızı Devanın da portuqal dilini yaxşı bildiyini vurğulayıb: "Seçimimizin bir səbəbi də qızımızdır. Amma mən işimə görə tez-tez Avropaya qayıtmalı olacam. Həyat yoldaşımla qocalığımızı Romada keçirməyi planlaşdırırq".

Bütün xəbərlər Facebook səhifəmizdə