Allahın varlığını inkar edən, kainatın meydana gəlməsini elmi məlumatlara əsaslandıran Havkinq Allahın varlığını qəbul edib. SİA-nın verdiyi məlumata görə, yazıları səsə çevirən kompüter köməyi ilə danışan və uzun illərdir ki, Allahın varlığını inkar edən və açıqlamaları ilə ateistlər arasında önə çıxan məşhur fizikaçı Stephen Havkinq 70 yaşına yenicə qədəm qoyduğu bu günlərdə hər kəsin marağına səbəb olan fikirlər söyləyib.
Xarici mətbuat nümayəndələrindən biri Havkinqlə şəxsən görüşərək ondan müsahibə alıb. Görüş zamanı ona verilən bir sual iş yoldaşlarının da təəccübünə səbəb olub. Havking Tanrı ilə əlaqədar soruşulan suala: "Kainatın yaranması elmi həqiqətinə əsaslanır, amma bu heç bir halda elm qanunlarını qoyan və onları yaradan Allahın olmadığı mənasına gəlməz"- deyə bildirib.
Havkinqin bu sözləri son illərdə ortaya çıxan Təkamül Nəzəriyyəsinin səhv olduğunu sübut edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB