Rusiyada prezident seçkilərinin səsi-sorağı kəsilməmiş 2018-ci ildə keçiriləcək seçkilərə artıq hazırlıq prosesi başlayıb. Bunu prezident seçkilərinin iddiaçısı sayılan Medvedyevin Putinlə rəqabətdən imtina etməsi barədə açıqlaması da sübut edir.
Məlumatda bildirilir ki, Rusiyanın baş naziri Dmitriy Medvedyev Vladimir Putin namizədliyini irəli sürəcəyi təqdirdə 2018-ci preizdent seçkilərində iştirakdan imtina edəcəyini açıqlayıb. "Bloomberg TV"yə müsahibəsində Medvedyev Putinlə rəqabəti istisna edib. "Hesab edirəm ki, bu, doğru olmazdı. Rəqabət qeyri-mümkündür. Biz eyni siyasi qüvvəyə aidik, niyə rəqabət aparmalıyıq ki?", - deyə baş nazir deyib.
Medvedyev daha öncə müsahibələrində səsləndirdiyi prezident olma iddialarından imtina etmədiyini də qeyd edib. Xatırladaq ki, ötən ilin noyabrında Fransa telekanalına müsahibəsi zamanı "Mən bu çaya bir dəfə girmişəm. Niyə də ikinci dəfə girməyim" deyə, baş nazir bildirib.
Vladimir Putin hələ 2018-ci il prezident seçkilərində namizəd olub olmayacağı haqqında heç nə söyləməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB