Ermənistanda işsizlik kütləvi hal alıb

Ermənistan işsizliyin səviyyəsinə görə MDB ölkələri arasında liderdir
Ermənistanda işsizlik kütləvi hal alıb

Azərbaycan torpaqlarını işğal edən və Dağlıq Qarabağdakı separatçı qurumu xaricdən topladığı ianələr hesabına saxlayan Ermənistanda gənclər arasında işsizlik acınacaqlı səviyyədədir. Beynəlxalq Əmək təşkilatının hesabatında belə deyilir ki, 2017-ci ildə MDB ölkələrində gənclər arasında işsizliyin səviyyəsi oğlanlar arasında 17.3, qızlar arasında isə 17.7 faiz olacaq ki, bunun da böyük əksəriyyəti Ermənistanın payına düşəcək.

Hesabatda qeyd olunur ki, hazırda Ermənistanda işsizliyin səviyyəsi 39.1 faizdir. Rusiyada isə gənclər arasında işsizlik 15.8 % təşkil edir.

Ümumlikdə isə MDB ölkələrində işsizliyin səviyyəsinin 7.9% olacağı gözlənlir.

Bütün xəbərlər Facebook səhifəmizdə