Türkiyənin Van vilayətində 3,6 bal, Tacikistanın paytaxtında 5 bal, Əfqanıstanda 5,2 bal, Tiflisdə isə ötən gün saat 21.28 radələrində 3,01 bal gücündə zəlzələ baş verib. SİA-nın verdiyi xəbərə görə, Əfqanıstanda yeraltı təkanların episentri Baqlan şəhərindən 24 km cənubda və Narin şəhərindən 40 km şimalda qeydə alınıb.
Gürcüstan Seysmoloji xidmətinin məlumatına görə, yeraltı təkanların episentri paytaxtın İsanı-Samqor rayonunda qeydə alınıb. Zəlzələnin dərinliyi 51,7 km təşkil edib.
Baş verən zəlzələlərdə hələ ki dağıntı barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB