“Ded Hasan”ı İvanişvili öldürtdürüb İTTİHAM

“Ded Hasan”ı İvanişvili öldürtdürüb İTTİHAM

"Ded Hasan" ləqəbi ilə tanınan kriminal avtoritet Aslan Usoyanın qətlini Gürcüstan baş naziri Bidzina İvanişvili sifariş edib

Bu iddianı "Reputatsiya" jurnalist araşdırmaları mərkəzinin rəhbəri, bir neçə kitabın müəllifi Qiqa Liparteliani Ukraynanın ТВі kanalının efirində səsləndirib. "Ded Hasanı Bidzina İvanişvili Gürcüstan baş naziri seçiləndən qısa müddət sonra öldürdülər. 2010-cu ildə də ona atəş açılmışdı, ancaq öldürülməmişdi. O zamankı atəş xəbərdarlıq xarakteri daşıyırdı, ancaq bu dəfə atəş hədəfə çatdı. Bunlar hamısı Gürcüstan rəhbərliyi ilə əlaqəlidir", deyə Liparteliani bildirib.

O həmçinin "İvanişvilinin sifarişli qətlləri" haqqında kitab yazdığını və bu mövzuya bir çox gürcü jurnalistin toxunduğunu da deyib. Liparteliani baş naziri 1994-cü ildə Otar Kvantrişvili və qardaşı Miranın qətlində ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə