Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində yol qəzası baş verib. SİA-nın məlumatına görə, bu gün Ermənistan vətəndaşı sürətlə idarə etdiyi "Opel" markalı avtomobillə Yuxarı Saral kənd sakinləri olan 17 yaşlı Həsənov Əziz Hikmət oğlunu və 16 yaşlı Haqverdiyev Məhəmməd Sahib oğlunu vuraraq hadisə yerindən qaçıb.
Kənd sakinləri xəsarət alaraq Marneuli rayon xəstəxanasına yerləşdiriliblər. Daha sonra isə Tiflisdəki xəstəxanaya aparılıblar. Hazırda Məhəmməd Haqverdiyevin koma vəziyyətində olduğu, Əziz Həsənov isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldığı bildirilib.
Qeyd edək ki, sərxoş erməni sürücünü Sadaxlı polis məntəqəsinin əməkdaşları sərhəddə saxlayıblar. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB