Rusiya və Ermənistan hədəfdədir

Rusiya və Ermənistan hədəfdədir

Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Anatoli Kornukov deyib ki, Türkiyənin Suriya ilə sərhədinə yerləşdiriləcək "Patriot" raketlərinin əsas hədəfi Rusiyadır. Keçmiş komandanın fikrincə "Patriot" raketləri MDB-nin və KTMT-nın (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzv ölkələri, həmçinin Rusiya üçün təhdiddir.

Bundan başqa Kornukov "Patriot" raketlərinin Ermənistanı da hədəfə aldığını bildirib. Onun sözlərinə görə, sərhəd Rusiyaya yaxındır. Azərbaycan isə Türkiyənin müttəfiqidir və elə bu səbəbdən də Ermənistan hədəfdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə