"Gürcüstanın yeni hökuməti ritorikanı kökündən dəyişib"

"Gürcüstanın yeni hökuməti ritorikanı kökündən dəyişib"

"Gürcüstanın yeni hakimiyyəti ölkənin qarşısında Avropa və Avroatlantika məkanına inteqrasiya məqsədinin daşıdığını bəyan etsə də, son zamanlar bu istiqamət şübhə doğurur". SİA-nın xəbərinə görə, Gürcüstan prezidenti Mixail Saakaşvili Strasburqda AŞPA-nın qış sessiyasında çıxışı zamanı deyib.

"Avropa Birliyi və NATO Gürcüstan üçün təkcə tərəfdaş deyil, ölkənin daxil olmaq istədiyi bir ailədir"- deyə qeyd edən Saakaşvili bildirib ki, buna görə də baş nazir İvanişvilinin İrəvana səfəri zamanı verdiyi bəyanatlar onu çox təəccübləndirib: "Bidzina İvanişvili bəyan etdi ki, ölkə eyni zamanda həm Rusiya, həm NATO ilə xoş münasibətlərə malik ola bilər və olmalıdır. Lakin bu iki subyektdən eyni məsafəni saxlamağı çox təəccüblü şəkildə əsaslandırıb və erməni dostlarımızı buna misal çəkib".

Saakaşvili vurğulayıb ki, əlbəttə ki, mən bir prezident kimi təkcə Gürcüstanla Ermənistan arasında deyil, regiondakı bütün qonşularımızla xoş münasibətlərin saxlanmasını istəyirəm: "Mən qonşu dövlətlərlə çox yaxşı münasibətlərimizin olması ilə fəxr edirəm. Lakin Gürcüstanın yeni hökuməti bu ritorikanı kökündən dəyişib. Axı Gürcüstan NATO-ya üzvlük lehinə seçimini edib, Ermənistan isə yox".

Bütün xəbərlər Facebook səhifəmizdə