Netanyahu: “Tarix bağışlamayacaq”

Netanyahu: “Tarix bağışlamayacaq”

İsraildə parlament seçkilərindən əvvəl Nazirlər Kabinetinin son toplantısına sədrlik edən baş nazir Binaymin Netanyahu bir qrup amerikalı senatorla görüşü haqda məlumat verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "tarix İranın nüvə silahı əldə etməsinə icazə verənləri bağışlamayacaq", - deyən Netanyahu məsələnin yalnız İsrailin deyil, Amerikanın da problemi olduğunu vurğulayıb.

Netanyahu bildirib ki, Qüdsdə yaşayış məskənlərinin inşa edilməsi Yaxın Şərqdə problem deyil, əsas problem İranın nüvə silahı, Suriyanın isə kimyəvi silah əldə etməsi, radikal islamçıların Afrikaya və bütün bölgəyə yayılma təşəbbüsüdür. Baş nazir bunu amerikalı heyətə də söylədiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə