Faciəvi qəza

Avstriyada sürətlə hərəkət edən iki qatar toqquşub. SİA-nın məlumatına görə, qəzada 5-i ağır olmaqla çox sayda insan xəsarət alıb. Qəza bu gün saat 10:45 radələrində baş verib. Hələ ki, baş vermə səbəbi açıqlanmayan qəzada yaralananlar üçün çox sayda təcili tibbi yardım heyəti və təcili yardım vertolyotları göndərilib.

Dəmir yolları idarəsinin sözçüsü Sarah Nettel bildirib ki, Qərb stansiyasında Estbahnhofdan gələn sərnişin qatarı ilə Westbahnofadan gələn qatar toqquşub və nəticədə bu xətt üzrə hərəkət edən reyslər təxirə salınıb.

Qeyd edək ki, qəzanın səbəbi və yaralı sayı açıqlanmayıb. Yaralılar arasında türk sərnişinlərinin olduğu istisna edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə