Fransanın paytaxtı Parisdə PKK-lı üç qadının sui-qəsdi ilə əlaqədar davam etdirilən istintaq müddətində nəzarətə götürülən 2 şübhəli şəxsdən 1-nin cinayəti törətdiyi sübuta yetirilib. SİA-nın xəbərinə görə, şübhəli dərhal Ədliyyə Nazirliyinə aparılaraq haqqında həbs qəti imkan tədbiri görülüb.
Fransanın "20 Minutes" qəzetində verilən xəbərə görə, cinayəti törətdiyi sübuta yetirilən 1984-cü il təvəllüdlü şəxsin istintaq zamanı dedikləri ilə hadisə şahidlərinin dedikləri arasında bir sıra ziddiyətlərin olması polislərin diqqətini cəlb edib. Öldürülən PKK-lı üç qadınla yaxın əlaqəsi olduğu iddia edilən və Türkiyə vətəndaşı olan bu şəxs barəsində aparılan araşdırma şübhəlinin cinayət törədilən günü günlük proqramında 46 dəqiqəlik boş vaxtın olduğunu göstərib. Sorğu zamanı isə şübhəli şəxs 46 dəqiqə ərzində nə etdiyini aydınlaşdıra bilməyib. Elə bu səbəb də onun həbs olunmasına zəmin yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB