"Patriot" daşıyan gəmi İsgəndəruna çatdı

"Patriot" daşıyan gəmi İsgəndəruna çatdı

Türkiyənin Suriya İLƏ sərhədlərində yerləşdiriləcək "Patriot"lar İsgəndərun körfəzinə daxil olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hollandiya hökumətinin göndərdiyi "Patriotlar"ı daşıyan gəmi dünən axşam saatlarında İsgəndərun körfəzinə gəlib. "Patriot" müdafiə sistemlərini daşıyan "Louise Russ" adlı 18 min tonluq gəmi limandan 4 mil məsafədə lövbər salıb. Gəminin bu gün Limak Porta yan alması gözlənilir.

Dünən axşam saatlarında İsgəndərun körfəzinə daxil olan gəmi 7 yanvar 2013-ci il tarixində Hollandiyanın Groningen əyalətindəki Eemshaven limanından yola çıxmışdı. Hollandiyalı əsgərlərin də bu gün "İncirlik" hərbi bazasında olması gözlənilir.

Qeyd edək ki, "Patriotlar"ı daşıyan son gəmi ABŞ-dan gələcək. Onlar Kahramanmaraş, Adana və Qaziantepdə yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə