Barak Obama sabah and içəcək

ABŞ prezidenti Barak Obamanın andiçmə mərasimi baş tutacaq. Hazırki prezident 2-ci dəfə yanvarın 21-də öhdəlikləri öz üzərinə götürməyə hazırlaşır. Rəsmi mərasim Vaşınqtonda keçiriləcək və 800 000 insanın bu mərasimə qatılacağı gözlənilir. Məlumata üçün bildirək ki, 2009-cu ildə mərasim üzvlərinin sayı bundan iki dəfə çox idi.

Günün əsas anlarından biri prezidentin konqres binasının qarşısında andiçməsi olacaq. Sonra Barak və Mişel Obama Pensilvanie Avenyudakı paradda iştirak edib, ardınca Ağ Evə qayıdacaqlar. Hadisələrin kuliminasiya nöqtəsi isə Obama cütlüyünün andiçmə mərasimi ilə bağlı olaraq rəqs etməsi olacaq.

Qeyd edək ki, Vaşinqtonda keçiriləcək ziyafət 3 gün davam edəcək. Bu ziyafətlərin bir qismi elit təbəqə üçün, qalanı isə geniş xalq kütləsi üçün təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə