Sabiq baş nazir ömürlük azadlıqdan məhrum ediləcək

Sabiq baş nazir ömürlük azadlıqdan məhrum ediləcək

Ukraynanın baş prokuroru Viktor Pşonka ölkənin keçmiş baş naziri Yulia Timoşenkonun 1996-cı ildə sui-qəsd nəticəsində yoldaşı ilə birlikdə həyatını itirən millət vəkili Şerba cinayətində əzm etdirici olduğunu və baş prokurorluğun bu vəziyyəti Timoşenkoya bildirdiyini ifadə edib. SİA-nın xəbərinə görə, aparılan istintaq nəticəsində hadisəni Timoşenkonun törətdiyini göstərən dəlillərin olduğunu deyən Pşonka, cinayət sübut olunarsa keçmiş baş nazirə ömürlük azadlıqdan məhrum etmə cəzasının veriləcəyini deyib.

Timoşenkonun Şerbanın öldürülməsi üçün muzdlu qatillərə 2,8 milyon dollar ödədiyini iddia edən baş prokuror: "İşadamı olan millət vəkilinin şirkətlərini baş nazir Timoşenko ələ keçirmək istəyirdi. Elə bu səbəbdən də o bu cinayəti törədib"-deyə əlavə edib.

Qeyd edək ki, cinayətdə günahlandırılan sabiz baş nazir Yulia Timoşenko Rusiya ilə Ukrayna arasında 2009-cu ildə imzalanan təbii qaz sazişindən sui-istifadə etdiyinə görə, mühakimə olunub və 7 il həbs cəzasına məhkum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə