Məşhur jurnalist Məhmər Əli Birand bu gün dəfn edilib. SİA-nın verdiyi xəbərə görə, usta jurnalistlə vida mərasimi işlədiyi "Doğan Media" binasında keçirilib. İş yoldaşları və dostları buradakı mərasimdə Birandla vidalaşıblar. Teşvikiyyə məscidindəki dəfn mərasimdə isə minlərlə insan iştirak edib.
Prezident Abdulla Gül, Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, baş nazirin müavini Bülənt Arınç, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, siyasətçilər, millət vəkilləri, media nümayəndələri, sənət adamları da Birandla vida mərasimində iştirak ediblər. Cənazə namazından sonra prezident Abdulla Gül də Birandın tabutunu qaldıranlar arasında olub.
Məşhur jurnalist Anadolu Hisarındakı ailə qəbirstanlığında dəfn edilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB