Bolqarıstanda partiya liderini kürsüdə öldürmək istədilər
Bolqarıstanda üzvlərinin çoxu türklərdən ibarət olan Haqq və Azadlıqlar Partiyasının lideri Əhməd Doğana sui-qəsd cəhdi olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə partiyanın 8-ci qurultayında Əhməd Doğanın çıxışı zamanı baş verib. Partiya sədri kürsüdəykən bir nəfər silahı onun gicgahına dayayaraq atəş açmaq istəyib.
Lakin silahın bir an donmasıyla Əhməd Doğan ölümdən qurtula bilib. Partiya üzvləri qonaq kimi qurultaya girdiyi bildirilən cinayətkarı döyüb. Polisin müdaxiləsiylə partiya üzvlərinin əlindən alınan şəxs həbs edilib. Onun üzərindən silah və bir bıçaq çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB