Gürcüstan dövləti yanvarın 16-da Moskvada öldürülən kürd əsilli məşhur mafiya başçısı "Ded Xasan " ləqəbli avtoritet Aslan Usoyanın cənazəsini qəbul etməyib. Usoyanın cənazəsi təyyarə ilə yenidən Moskvaya aparılıb.
Rus mətbuatının yazdığına görə, cənazəni aparan təyyarə Tbilisidə hava limanından geri qaytarılıb. Usoyanın ailəsi Gürcü hakimiyyətini günahkar bildiyi halda , Tbilisi hava limanı səlahiyyətliləri iddiaların yalan olduğunu deyiblər. Gürcü Rustavi-2 televiziya kanalına istinadən Rus İnterfax xəbər agentliyi, Gürcüstan Daxili İşlər naziri Irakli Garibaşvilinin təlimatıyla cənazəni daşıyan təyyarənin qəbul edilmədiyi bildirilib. Rustavi-2 kanalı paytaxt Tbilisidə Usoyanın həyat yoldaşı, qızının yaşadığını və ailəsinin də cənazənin Tbilisidə torpağa verilməsini istədiklərini qeyd edib.
Interfax-a məlumat verən bir təhlükəsizlik işçisi isə Usoyanın Bazar ertəsi günü Moskvanın Danilovski qəbiristanlığında torpağa veriləcəyini iddia edib.
Xatırladaq ki, Gürcüstanda doğulan "Ded Xasan"a 2010-cu ilin sentyabrında da silahlı sui-qəsd təşkil edilmişdi. Hücumun "yer altı" dünyasında qanlı hesablaşma səbəbindən həyata keçirildiyi iddia edilir. "Ded Həsən"-in başqa bir Gürcüstan əsilli mafiya başçısı olan Tariel Oniani ilə qanlı bir qarşıdurma içində olduğu ifadə edilir. Oniani hələ də Moskvadakı bir həbsxanada məhbus həyatı yaşayır. Hücumu Onianinin adamlarının reallaşdırmış ola biləcəyi haqqında müxtəlif iddialar var. Onianinin Soçi 2014 Qış Olimpiada Oyunlarındakı bəzi layihələrin mübadiləsi mövzusunda "Ded Xasan"la aralarında müxtəlif ixtilaflar yaşandığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB