Qrip virusu ABŞ-da can almağa davam edir

Qrip virusu ABŞ-da can almağa davam edir

ABŞ yayılan qrip epidemiyası səbəbindən həyatını itirən uşaqların sayı 29-a çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Xəstəliklərin İdarəolunması və Tədbirlər Mərkəzinin (CDC) direktoru Tomas Frieden məlumat verib. T.Frieden ölkədə H3N2 virusunun səbəb olduğu qrip epidemiyasının normaldan daha erkən başladığını və epidemiyanın xüsusilə uşaqlar və yaşlılar üçün böyük təhlükə yaratdığını deyib. Ötən həftə xəstəxanaya çatdırılan 65 yaşdan yuxarı yaşlıların sayında ciddi artım müşahidə edildiyini və daha 9 uşağın epidemiya səbəbindən həyatını itirdiyini deyən Mərkəz rəhbəri ümumiyyətlə bu il ərzində xəstəlikdən ölən uşaqların sayının 29-a çatdığını bildirib.

Qeyd edək ki, ötən il ABŞ-da eyni səbəblə 34 uşaq vəfat etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə