Şaxta 29 nəfərin ölümünə səbəb oldu

Şaxta 29 nəfərin ölümünə səbəb oldu

Meksikada soyuqlar 29 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb. Ən çox ölüm Çiuaua ştatında qeydə alınıb – 18 nəfər. Daha 6 nəfər Sonorada, hərəyə 2 nəfər Sinaloa və Miçoakanda, bir nəfər isə Koauildə həlak olub.

Birbaşa donvurmadan cəmi 10 nəfər ölüb. 17 nəfər mənzili qızdırmaq istəyərkən dəm qazından boğulublar. Daha 2 nəfər isə mənzili qızdırmaq istəyəndə baş vermiş yanğının qurbanı olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə