Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya kanslerinin Türkiyəyə edəcəyi rəsmi səfərin vaxtı müəyyən olub
Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkelin Türkiyəyə edəcəyi rəsmi səfərin vaxtı müəyyənləşib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın ötən ilin oktyabr ayında Almaniyaya səfərindən sonra Merkel də 25 fevral tarixində Türkiyəyə gedəcək.

Qeyd edək ki, Almaniya kansleri bir günlük rəsmi səfəri zamanı baş nazir Ərdoğanla iki ölkə arasında əlaqələr, Suriyadakı mövcud durum, NATO-nun Türkiyəda quracağı "Patriot" RƏM sistemi və PKK terror təşkilatı ilə rəsmi Ankaranın apardığı danışıqları müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə