Azərbaycanlı vəkil İranda həbs olundu

Azərbaycanlı vəkil İranda həbs olundu

İranda azərbaycanlı qadın vəkil həbs olunub. SİA-nın xəbərinə görə, ölkənin Şərqi Azərbaycan vilayətinin Miyana şəhərində təhlükəsizlik qüvvələri Mənijə Bəhlulini iş yerindən aparıblar. Vəkil ailəsilə telefonla əlaqə saxlayaraq məcburi şəkildə Miyana həbsxanasında saxlanıldığını və ondan azadlığa buraxılması üçün 5 milyon tümən girov istədiklərini bildirib.

Ailə məsələ ilə bağlı məhkəməyə müraciət etsə də, rədd cavabı alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə