V.Gerasimov "Patriot"ların Suriyada uçuşa qadağan bölgə yaradılması istiqamətində istifadə edilməyəcəyini də bildirib
Son günlər NATO üzvü olan Türkiyədə "Patriot" raket komplekslərinin yerləşdirilməsi regionda əlavə gərginliyə səbəb olub. Suriya, İran, Ermənistan və hətta Rusiua bu silahların onlara qarşı çevriləcəyindən ehtiyat edərək etiraza, hədə-qorxuya başlayıblar. SİA-nın verdiyi məlumata görə, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyə-Suriya sərhədində yerləşdiriləcək "Patriot" raket kompleksləri ilə əlaqədar prosesləri yaxından izlədiklərini deyib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə hökumətinə təzyiqin yüksək olduğu bölgədə silahlanmanın sürətlənməsinin əlavə risk meydana gətirdiyi haqda xəbərdarlıq edən V.Gerasimov burada vəzifə alacaq hərbi heyətə istiqamətli təxribat təhlükəsinin də olduğunu vurğulayıb.
V.Gerasimov həmçinin "Patriot"ların Suriyada uçuşa qadağan bölgə yaradılması istiqamətində istifadə edilməyəcəyini də bildirib.
Rusiyanın problemi Suriya xalqının həll etməsinin tərəfdarı olduğunu qeyd edən Baş Qərargah rəisinin sözlərinə görə, bölgəyə istiqamətlənən hər hansı xarici hərbi müdaxilə faciəvi nəticələrə səbəb ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB