Girov qurtarma əməliyyatı faciəli bitdi

35 girov öldürüldü
Girov qurtarma əməliyyatı faciəli bitdi

Əlcəzairdə girovları azadetmə əməliyyatı faciə ilə nəticələnib. Əməliyyatda 35 qərbli girov öldürülüb. Onları girov götürən silahlı qrupun 15 üzvünün də öldürüldüyü bildirilir.

Qeyd edək ki, bu silahlı qrup Əlcəzairdə təbii qaz zavoduna hücum edərək çoxu əcnəbilərdən ibarət olan onlarla insanı girov götürmüşdü.

Silahlılar Fransadan Malidəki müxalif qruplara qarşı əməliyyata son qoymasını tələb etmişdilər. Əlcəzair hüquq-mühafizə orqanları zavodu mühasirəyə alaraq girovları azad etməyə çalışıblar. Əvvəlcə girovların öz imkanlarıyla xilas olduqları xəbəri verilib. Amma daha sonra Əlcəzair hüquq-mühafizə orqanlarının hava əməliyyatı keçirdiyi və bu əməliyyatda 35 girovla 15 silahlının öldürüldüyü bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə