"Yeni böhranlara hazır olmalıyıq"

"Yeni böhranlara hazır olmalıyıq"

Rusiya Prezidenti Vladimir Putin 2012-ci ildə Avropada borc böhranı və bank sektorunda problemlərin davam etdiyini, bazarlarda qeyri-sabitliyin olduğunu və ABŞ-ı maliyyə böhranı problemi gözlədiyini söyləyib. Alınan tədbirlərin müvəqqəti bir sükunət meydana gətirdiyini ifadə edən Putin Rusiyanın yeni proseslərə hazır olması lazım olduğunu söyləyib.

Qlobal bazarlarda baş verən qeyri-sabitliyin Rusiyanın maliyyə quruluşu və valyuta bazarlarına mənfi təsir edəcəyini deyən Putin, "rublun bütün il boyu nəzarətdə tutulduğunu, beləcə real iqtisadiyyatın maliyyə fərziyyələrdən qorunduğunu deyib". Rusiyanın ehtiyatlarının aydın bir şəkildə artdığına toxunan Putin, qida qiymətlərində baş verən artışlar səbəbi ilə inflyasiya rəqəmlərinin 6.6 faiz olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə