Qırğızıstan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə dövlət başçısı Almazbek Atambayev bu ölkədə işgüzar səfərdə olan Amerika Birləşmiş Ştatları dövlət katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisi Robert Bleyklə görüşüb.
Görüşdə Qırğızıstanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə olunub, investisiya layihələrinin həyata keçirilməsi məsələlərinə diqqət yetirilib.
Almazbek Atambayev bildirib ki, bu həftə 2013-2017-ci illərdə Qırğızıstanın dayanıqlı inkişafı ilə əlaqədar Strategiya qəbul edilib və bu sənəddə ölkə iqtisadiyyatı inkişafının əsas istiqamətləri əksini tapıb. Tərəflər "Manas" aeroportunda məskunlaşmış ABŞ-ın Tranzit Daşımaları Mərkəzinin (TDM) müddətinin uzadılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Dövlət başçısı deyib ki, "Manas" Beynəlxalq aeroportunda məskunlaşmış TDM ilə əlaqədar Qırğızıstan və ABŞ hökumətləri arasında imzalanmış Sazişin müddəti 2014-cü ildə başa çatır və bu müddətdən sonra "Manas" aeroportu tam mülki hava limanına çevrilməlidir.
Qulu Kəngərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB