Bəşər Əsəd: "Ölsəm iki dövləti vurun"

Suriya Dövlət Başçısı Bəşər Əsəd generallarla birgə keçirdiyi iclasda: "Əgər məni müxaliflərin bombaları öldürərsə və ya Muammer Qaddafi kimi bir avara tərəfindən öldürülsəm İsrail və Misiri vurun", - deyib. SİA-nın xəbərinə görə, bu barədə İsrailin "Inyan Merkazi" saytı Suriya qaynaqlarına istinadən məlumat verib.

Suriyanın "Əl Vətən" qəzeti də yazıb ki, həmçinin Əsəd onu dəstəkləyənlərə: "Hər nə olursa olsun, gəmisini tərk edən kapitan olmayacağam", deyib. BBC-yə müsahibə verən Suriya xarici işlər nazirinin müavini Faysal Mikdad isə bildirib ki, Bəşər Əsədın 2014-cü ildəki prezident seçkilərində yenidən namizəd olmaması üçün heç bir maneə yoxdur və bu onun ən təbii haqqı.

Bütün xəbərlər Facebook səhifəmizdə