Hələb universitetində ölən tələbələrin sayı 80-ə çatdı

Hələb universitetində ölən tələbələrin sayı 80-ə çatdı

Suriyanın Hələb universitetində törədilən partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriyanın "SANA" dövlət telekanalının yaydığı məlumatda bildirilir ki, üsyançılar universitetin binasına 2 reaktiv mərmi atıblar. Suriya televiziyasının yaydığı kadrlarda partlayış nəticəsində binanın üç aşağı mərtəbəsində divarların uçduğu əks olunub.

Müxalifətçilər, öz növbəsində qeyd edirlər ki, universitet hökumətin Hərbi-Hava qüvvələrinin zərbəsinə məruz qalıb. Onlar iddia edir ki, döyüş təyyarələri təhsil müəssisəsinə iki bomba atıblar.

Xatırladaq ki, bundan əvvəl partlayış nəticəsində 15 nəfərin öldüyü bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə