Rusiya Əsədə siyasi sığınacaq verəcək

Bu ehtimal daha inandırıcı görünür
Rusiya Əsədə siyasi sığınacaq verəcək

"Əl Vətən" qəzeti Suriya prezidenti Bəşər Əsəd və ailəsinin Aralıq dənizi sahillərində olan döyüş gəmisində qaldığını iddia edib. Qəzetin yaydığı məlumata görə, Əsəd zamanının çoxunu Rusiyanın təhlükəsizliyini təmin etdiyi gəmidə keçirir, ölkə içindəki rəsmi toplantılara da vertolyotla gedir. Vertolyot gizli bir yerə eniş edir, Əsəd, prezident sarayına mülki maşınla güclü təhlükəsizlik tədbirləri altında aparılır. Müxaliflərin Dəməşqin mərkəzinə çatacaqları halda, Suriya dövlət başçısının və ailəsinin Rusiyaya məxsus döyüş gəmisi vasitəsi ilə ölkədən sürətli bir şəkildə qaçırılması planlaşdırılır. Səudiyyə Ərəbistanı qəzeti bu vəziyyətin qeyri-rəsmi də olsa, Rusiyanın Əsədə siyasi sığınacaq verəcəyi kim açıqlama verib.

Bütün xəbərlər Facebook səhifəmizdə