Yaponiyanın şərqini öz təsiri altına alan qar 1 nəfərin ölümünə, təxminən 900 insanın isə yaralanmasına səbəb olub. SİA-nın xəbərinə görə, paytaxt Tokioya 30 santimetr qalınlığında yağan qar bir gecədə buz səthi ilə əvəz olunub. Nəticədə isə insanlar evlərinin qarşısını təmizləyərkən buz üzərində sürüşmə nəticəsində yıxılıblar. Bir nəfər drenaj borusuna yıxılaraq həyatını itirib. 891 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.
Həmçinin qarlı hava ilə əlaqədar qatarla həyata keçirilən səfərlərin qrafiklərində heç bir dəyişiklik olmasa da, bəzi uçuşlar təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB