Yaponiyanın paytaxtı Tokioda yağan güclü qar yaşayışı çətinləşdirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qar ictimai nəqliyyatın hərəkətini iflic edib. Tokioda qış mövsümünün ilk qarı dəmiryol və hava nəqliyyatını da iflic edib. Narita hava limanında ötən gecədən 70-dən çox aviareys təxirə salınıb. Narita və Haneda hava limanlarında 5000-dən çox sərnişin gecəni burada keçirib.
Ölkənin bir sıra magistral yolları da bağlanıb. Yaponiya meteoroloji xidməti yollarda qar uçqunu təhlükəsi barədə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB