Qahirə yaxınlığında hərbi çağırışçıları daşıyan qatar relsdən çıxaraq aşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 19 nəfər ölüb, 107 –si isə yaralanıb. Yaralıların əksəriyyəti ağır vəziyyətdədir. Qəzanın baş vermə səbəblərini araşdırmaq üçün xüsusi hökumət komissiyası yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB