Prezident yenə sərsəmlədi

Suriya prezidenti Bəşər Əsəd 2014-cü ildə prezident seçkilərində iştirak etmək qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda məlumatı Suriya xarici işlər naziri vəzifəsini icra edən Feysəl Mekdad bildirib. Onun sözlərinə görə, Əsəd istənilən hakimiyyətin ötürülməsi prosesində iştirak etmək istəyir.

Qeyd edək kİ, yanvarın 6-da Bəşər Əsəd böhrandan çıxış planı təklif edib. Planda xarici dövlətlərdən terrorçuları maliyyələşdirməyə son qoymaq, milli dialoqa dair konfrans çağırmaq, yeni hökumət yaratmaq, yeni konstitusiya hazırlamaq və ümummilli amnistiya elan etmək nəzərdə tutulur. Suriya müxalifəti, ABŞ, BMT baş katibi Pan Gi Mun və Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eşton Suriya prezidenti Bəşər Əsədin böhrandan çıxışa dair planını tənqid ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə