Minlərlə türk döyüşçüsü Suriya ilə sərhəddi keçərək Bəşşər Əsəd hökumətinə qarşı vuruşur. Bu informasiyanı Türkiyənin "Kuresel Haber" radiostansiyası yayıb. Radioda bildirilir ki, türk və kürdlər Suriyada ən böyük ərəb olmayan qüvvələrdir.
Xəbərdə türk snayperlərinin çoxunun "Ən-Nusra" terror qruplaşmasının tərəfində vuruşduğu deyilir. Həmçinin Hələb uğrunda mübarizədə müxalifətin bir hissəsinin Bəşşər Əsəd qoşunu, digər hissəsinin isə öz aralarında vuruşmaqla iki qanada bölündüyü də bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB