Konsula hücum edilib

Liviyada İtaliya konsuluna hücum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Benqazi şəhərində konsulun avtomobilinə yaylım atəşi açılıb. Liviya rəsmilərinin məlumatına görə, italiyalı diplomat konsulluq binasından çıxarkən ona yaxınlaşan başqa bir avtomobildən atəş açılıb. Konsulu avtomobilin zirehli olması xilas edib. Diplomatın vəziyyətinin yaxşı olduğu açıqlanıb. Hücumu kimin təşkil etdiyi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə