Hüsnü Mübarək yenidən mühakimə olunacaq

Hüsnü Mübarək yenidən mühakimə olunacaq

Misirin eks-prezidenti Hüsnü Mübarəkin yenidən mühakimə olunmasına qərar verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Misirin Ali Məhkəməsi ömürlük həbs cəzasına məhkum edilən Mübarəkin və keçmiş daxili işlər naziri Həbib əl Ədlinin apelyasiya şikayətini qəbul edib.

Məhkəmə eyni zamanda Mübarəkin oğulları Camal və Ala ilə təhlükəsizlik qüvvələri mənsubu olan 6 nəfərin də məhkəmələrinin yenidən keçirilməsinə qərar verib. Qərar açıqlandıqdan sonra paytaxt Qahirədəki Ali Məhkəmənin binası qarşısına toplaşan Mübarək tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar olub. Toqquşma polisin müdaxiləsi ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə