İran parlamenti Əli Nikzadı informasiya texnologiyaları və telekommunikasiya naziri vəzifəsinə təsdiq etməyib. SİA-nın məlumatına görə, İran parlamentinin sədr müavini Hüseyn Müzəffər verdiyi açıqlamada belə deyib.
Onun sözlərinə görə, Nikzad hazırda yollar və şəhərsalma naziridir və elə bu səbəbdən də onun bu vəzifəyə təyin edilməsi ölkə qanunlarının əleyhinədir. Çünki, İranın qanunlarına görə, bir şəxs eyni zamanda iki nazirliyin rəhbəri ola bilməz. Sədr müavini Ölkə prezidentinə etdiyi müraciətdə bildirib ki, informasiya texnologiyaları və telekommunikasiya naziri vəzifəsinə başqası təyin edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB