İmralı adasındakı həbsxanada saxlanılan Abdullah Öcalanın televizor arzusu yerinə yetirilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən, A.Öcalanın kamerasına kiçik ölçülü LCD televizoru quraşdırılıb.
Məlumata görə, terrorçu PKK-nın lideri yalnız TRT və müəyyən yerli telekanalları izləyə biləcək. Maraqlıdır ki, televizora baxmağı çoxdan arzulayan terrorçubaşı buna görə sərf olunacaq elektrik enerjisinin pulunu da özü ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB