Prezident sarayı qarşısında atışma olub

Prezident sarayı qarşısında atışma olub

Misirin paytaxtı Qahirədə bir qrup silahlı şəxs prezident sarayının qarşısında düşərgə quran etirazçılara atəş açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir neçə etirazçı və təhlükəsizlik qüvvələrinin əməkdaşı yaralanıb. Şahidlərin sözlərinə görə, hücum edənlər təxminən 30 nəfər olub və onlar odlu silahlardan atəş açmaqla yanaşı, çadırlara "Molotov kokteylləri" də atıblar.

Xatırladaq ki, etirazçılar dekabr ayının 4-dən etibarən prezident Məhəmməd Mursinin bir sıra qərarlarına etiraz olaraq, prezident sarayı yaxınlığında oturaq aksiya keçirir. İndiyədək edilən hücumlar zamanı 10-dan artıq insanın öldürüldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə